ABŞ-dan Kəlbəcər bəyanatı

ABŞ Dövlət Departamenti Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər rayonu istiqamətində baş verən toqquşmanı pisləyən bəyanat yayıb. Açıqlamada tərəflərdən atəşkəs rejiminə riayət etmək çağırışı yer alıb. “Münaqişənin uzunmüddəıtli siyasi həlli üçün tərəfləri ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları bərpa etməyə çağırırıq”.

Açıqlama Dövlət Departamentinin rəsmisi Ned Prays tərəfindən verilib. Ötən gün Kəlbəcər istiqamətində erməni təxribatı nəticəsində azı 3 erməni hərbçisi ölüb, 5 yaralanıb. Azərbaycan tərəfinin isə 2 hərbçisi xəsarət alıb.