ABŞ Dövlət Departamentindən Praqa açıqlaması

ABŞ Ermənistan və Azərbaycan sərhədində Avropa İttifaqı (Aİ) missiyasının yaradılmasını alqışlayır və bunun tərəflər arasında danışıqları asanlaşdıracağına ümid edir. Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel deyib. O qeyd edib ki, ABŞ Ermənistanın Baş naziri ilə Azərbaycan Prezidenti arasında görüşdən məmnunluq duyur və hərtərəfli sülh prosesinə təkan vermək üçün Fransa Prezidentinin və Avropa İttifaqı Şurası rəhbərinin addımlarını alqışlayır.