ABŞ “Elza” fırtınasına yenildi

Karib dənizində meydana gələn tropik “Elza” fırtınası azı 3 nəfərin ölümünə səbəb olub. Modern.az “Axios” portalına istinadən xəbər verir ki, ölənlərdən 2-si Dominikan Respublikasının, 1-i isə Sent-Luis vətəndaşıdır. Fırtına yerli infrastruktura ciddi ziyan vurub. Sözügedən fırtına bu həftənin əvvəlində Atlantik Okeanında meydana gəlib. “Elza”nın gələn həftənin əvvəlində Florida sahillərinə yaxınlaşması gözlənilir. Bu səbəbdən ABŞ-ın 15 ştatında fövqəladə vəziyyət tətbiq edilib.