ABŞ institutu: "Rusiya ordusunda hərbi texnika çatışmır"

“Rusiya ordusunda hərbi texnikanın təchizatı ilə bağlı ciddi problemlər var”.

Sabahinfo.az xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələri oktyabrın ortalarından noyabrın əvvəlinə kimi hər gün 40-dan çox zirehli texnika itirib: “Rusiya son həftələrdə Belarus anbarlarından tank və zirehli texnikanın tədarükü ilə bağlı danışıqlar aparır”.

Qeyd edək ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın müvafiq texniki xidmətdən keçməməiş hərbi texnikanı anbarlardan çıxarıb döyüş meydanına gətirdiyi barədə məlumat yaymışdı.

Xatırladaq ki, bu yaxınlarda ABŞ müdafiə naziri Lloyd Ostin bildirmişdi ki, Ukrayna hərbçiləri səmərəli işlədikləri üçün Xersona bəzarəti bərpa edə bilərlər.