"ABŞ İsraili daha çox günahsız qan tökmək üçün dəstəkləyir" -Ərdoğan

İşğal olunmuş Fələstin torpaqları üçün nümayiş etdirəcəyimiz əməkdaşlıq çox vacibdir. 

Sabahinfo.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin 39-cu Nazirlər Sessiyasının açılış mərasimində deyib. 

Türkiyə lideri qeyd edib ki, İsrailin mülki əhalini və mülki yaşayış məntəqələrini hədəf alması nəticəsində 16 mindən çox fələstinli ölüb, 36 min nəfər yaralanıb: "Bu qədər günahsız insanın ölümünün üstündən sükutla keçməyə çalışanların, hətta HƏMAS-ı bəhanə edərək bunu qanuniləşdirməyə çalışanların artıq bəşəriyyətə deyəcək bir sözü qalmır. Avropa və ABŞ İsraili daha çox günahsız qan tökmək üçün sözün əsl mənasında dəstəkləyir. BMT hətta öz işçilərini İsrailin vəhşiliyindən qoruya bilmir".