ABŞ nüvə bombasını buraxacaq

ABŞ strateji aviasiyasında istifadə olunacaq təkmilləşdirilmiş B61-13 nüvə hava bombasının seriya istehsalına iyul ayında başlanacaq.

Sabahinfo.az xəbər verir ki, bu barədə ABŞ Milli Nüvə Təhlükəsizliyi Agentliyi (NNSA) məlumat yayıb.

Hesabatda qeyd edilir ki, yeni bombalar “daha ​​mürəkkəb və daha böyük hərbi hədəfləri vurmaq üçün əlavə imkanlar” verəcək.