Abşeronda 64 yaşlı kişi qəflətən küçədə öldü

Abşeronda kişi küçədə ölüb.

Lent.az xəbər verir ki, hadisə Saray qəsəbəsində baş verib. 1959-cu il təvəllüdlü Nofəl İsmayıl oğlu Əliyev qəsəbədə öz avtomobilində halının pisləşdiyini hiss edib. Maşını saxlayıb, enib və elə oradaca dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.