“Bu gün hələ də gənclər arasında siqaretə, xüsusilə elektron siqaretə aludəçilik meyilləri var”.
Sabahinfo.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı komitə sədri Tahir Rzayev bildirib.
“Acınacaqlıdır ki, qadınlarımız, qızlarımız da bir çox hallarda siqaretdən, elektron siqaretdən istifadə edir. Bu bizim hər birimizi düşündürür”, - komitə sədri əlavə edib.