"Acından ölən müğənninin qapısını döyüb, qayğısını çəkiblər?"

"Görmüşük də xalqın sədaqətini, sevgisini... Cavanlığında sevib bəyəndikləri məşhurların qocalıb acından öləndə, xəstələnəndə qapısını döyüb, qayğısını çəkiblər axı".

Sabahinfo.az bildirir ki, bu sözləri müğənni Nura Suri feysbuk hesabında yazıb. Sənətçi sosial şəbəkədə ifaçıların tənqid edilməsinə reaksiya verib:

"Bəsdirin, pafoslu sözlərlə danışdınız. Bahar Lətifqızı, ya Hiss uşaq evində olanda xalq gedib yəqin onlara dəstək olub, müğənni edib. Özləri min əziyyətlə uğur qazandıqdan sonra sevmisiniz də onları da. Ay Allah, bu insanlara bir az ağıl, özümə 10-15 milyon dollar istəyirəm".