Adil Əliyev qəbul keçirdi

Bu gün Milli Məclisdə şəhid ailələrinin, qazilərin, eləcə də vətəndaşların növbəti qəbulunu keçirtdim. Qəbulda iştirak edən vətəndaşların qaldırdıqları təhsil, elm, səhiyyə, müxtəlif məzmunlu sosial-humanitar müraciətlərin bir qismi yerindəcə öz həllini tapdı. Eləcə də, digər müraciətlərin həlli istiqamətində aidiyyəti qurumlara tərəfimizdən məktublar hazırlandı. Qəbulda iştirak edən vətəndaşlarımızı qarşıdan gələn 15 İyun – Milli Qurtuluş günü münasibətilə səmimi qəlbdən təbrik edərək, Ümummilli Lider Heydər Əliyevin olduqca ağır bir şəraitdə hakimiyyətə gələrək dövlətimizi parçalanma, ölkəmizi məhv olmaq təhlükəsindən xilas etməsini bir daha diqqətə çatdırdıq. Qəbulda iştirak edən şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər. Habelə vətəndaşlar müraciətlərinə yüksək həssaslıqla yanaşıldığına, müraciətlərində qeyd etdikləri məsələlərin həlli istiqamətində atılan addımlara görə təşəkkür etdilər.
 

Adil Əliyev 

Milli Məclisin deputatı