Adil Əliyev Səbuhi Tağıyevin 40 mərasimində iştirak edib

Milli Məclisin sədr müavini Adil Əliyev Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu Badamlı kəndində 11 aprel 2023-cü ildə Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutan zaman qəhrəmancasına şəhid olmuş Səbuhi Tağıyevin 40 mərasimində iştirak edib.

Şəhidin ailəsinə başsağlığı verən sədr müavini Adil Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində 44 gün davam edən və tarixi Qələbəmizlə bitən Vətən müharibəsindən bəhs edərək Ermənistanın məğlubiyyətə uğrayaq kapitulyasiya aktını imzaladığını bildirib.

Müharibədən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistanın məğlubiyyətlə barışmadığını bildirən vitse-spiker qarşı tərəfin hər addımda təxribata cəhd etməsini qeyd edib. Eləcə də, düşmən təxribatlarının qarşısının rəşadətli Ordumuz tərəfindən yüksək peşəkarlıqla alındığını və düşmənə sarsıdıcı zərbə vurulduğunu qeyd edən Adil Əliyev sonuncu belə təxribatın qarşısını alarkən şəhid olan Səbuhi Tağıyevə və bütün şəhidlərimizə Allahdan rəhmət və şəhidlərimizin ailəsinə səbir diləyib. Qəhrəmanımızın qisasının alındığını bildirən sədr müavini baş verən bütün insidentə görə günahın Ermənistan siyasi-hərbi rəhbərliyinin daşıdığını deyib

.