Adil Əliyev şəhid ailələri və qazilərlə görüşüb

Mayın 26-da Milli Məclis sədrinin müavini Adil Əliyev deputat seçildiyi 20 saylı Nərimanov ikinci seçki dairəsində şəhid ailələrinin nümayəndələri, qazilər və seçicilərlə görüşüb.

Görüşdə vətəndaşların qaldırdıqları sosial, humanitar, tibbi məsələlərin bir qismi yerindəcə öz həllini tapıb. Digər müraciətlərin həlli məqsədilə aidiyyəti qurumlara məktublar ünvanlanıb.

Tədbirdə vitse-spiker görüş iştirakçılarını qarşıdan gələn 28 may – Müstəqillik Günü münasibətilə təbrik edərək, dövlət başçısının rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərimizdə aparılan abadlıq, quruculuq işləri barədə geniş məlumat verib. Bildirib ki, bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri müxtəlif festivallara, tədbirlərə ev sahibliyi edir.

Çıxış edən şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılıqlarını ifadə ediblər.