Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 86 saylı Ağcabədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Tahir Rzayevin YAP Ağcabədi rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq, müstəqil Azərbaycanın vətəndaşı kimi ilk dəfə səs vermək hüquqlarına sahib olduqları üçün gəncləri təbrik edib. Rövşən Əhmədov növbədənkənar seçkilərə YAP-ın “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə qatıldığını, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlara uyğun yeni hədəflərə çatmaq üçün qarşıda mühüm vəzifələr durduğunu bildirib.
Çıxış edən deputatlığa namizəd Tahir Rzayev seçkilərin önəmindən danışıb, gəncləri bu mühüm siyasi kampaniyada fəal iştirak etməyə çağırıb.
Görüşdə ilk dəfə səs verəcək gənclər adından çıxış edən Xasay Cəlilov, Günay Qəhrəmanova, Məhəmməd Əhmədli və Gülayə Əlizadə çıxış edərək Milli Məclisə seçkilərdə gənclərin ölkəmizin xoşbəxt gələcəyi naminə YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.