Yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq – Xəbərdarlıq

Noyabrın 11-dən ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Bu barədə Sabahinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

“Yağıntının bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var”, - məlumatda bildirilib.