Ağstafada iki “VAZ” toqquşdu - Xəsarət alanlar var

Ağstafa rayonunda "VAZ" markalı iki minik avtomobili toqquşub.

Sabahinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Bakı-Qazax avtomobil yolunun 462-ci kilometrliyi baş verib.

Nəticədə bir minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisədə ağır dərəcəli xəsarət alanların olduğu bildirilir.