Ağsu seçiciləri inkişafımızın davamına səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Ağsu şəhərində qadın seçicilərlə və rayonun Kəndoba kəndinin seçiciləri ilə görüşlər keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev, təşviqat qrupunun üzvləri, Əli Hüseynov, Camaləddin Zeynalov, Günay İnayətova, Əmrulla Kərimov, Elnur Fərzəlizadə, Məlahət İbrəhimova və Reyhanə Tacızadə çıxış ediblər. Çıxışlarda seçicilər 7 fevralda Azərbaycana tarixi zəfərlər qazandıran qalib Lider İlham Əliyevə səs verməyə çağırılıb.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, kampaniya çərçivəsində Ağsu rayonunun Cəlayir və Rəhimli kəndlərində məhəllə görüşlərü keçirilib.