Anlaşma Memorandumu imzalandı

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının XXIII Baş Assambleyası davam edir.

Baş Assembleyanın gedişatı zamanı AzQAC-nin nümayəndə heyətinin rəhbəri Novruz Aslanov çıxış edərək Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (Beynəlxalq Federasiya) baş katibi cənab Jagan Chapagainin maliyyə hesabatının təqdimatına dair öz fikirlərini və münasibətini bildirmişdir.

Eyni zamanda, iki tərəfli görüşlər zamanı İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyəti ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında humanitar fəaliyyətlərdə ikitərəfli əməkdaşlığın və əlaqələrin gücləndirilməsi üçün Anlaşma Memorandumu imzalandı.