Aqil Abbasın seçiciləri ilə görüşləri davam edir - FOTOLAR

85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) Füzuli rayon 56 nömrəli tam orta məktəbdə seçicilərlə görüş keçirib.

Sabahinfo.az xəbər verir ki, Görüşdən öncə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə  Aqil Abbas ona yenidən dəstək və etimad göstərəcəklərini deyən Füzuli sakinlərinə təşəkkürünü bildirib: "Bütün fəaliyyətim dövründə gücümün çatdığı qədər sizə, bütün seçicilərimə, millətimizə və dövlətimizə xidmət edəcəm! Deputat fəaliyyətim dövründə də hər gün bu düşüncə ilə yaşadım və çalışdım. Bu illər ərzində problemlərin böyük hissəsi öz həllini tapdı. Bilirəm, hələ də həllini gözləyən məsələlər var. Bundan sonra da həmin məsələlərin öz həllini tapması istiqamətində yenə də əlimdən gələni əsirgəməyəcəm. Bilirsiniz ki, mən hər zaman sizin yanınızda oldum. Çünki bu mənim bir borcumdur. Vəzifə ilə yanaşı, həm də insanlıq borcumdur və bundan sonra da harada çalışmağımdan asılı olmayaraq, gücümün çatdığı qədər hər zaman sizin yanınızda olacam"

Görüşdə çıxış edən onlarla Füzuli sakinləri, ziyalılar millət vəkilinin təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində  fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona etimad göstərəcəklərini, ona səs verəcəklərini deyiblər.

Görüşdən sonra Aqil Abbas seçiciləri narahat edən bəzi problemlərin həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb və sakinləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.