AQSİA nümayəndə heyəti “Türk Dünyası İş Qadınlarının Forumu”nda iştirak edib

Sentyabrın 22-24-ü tarixlərində Türkiyədə Kocaelinin İzmit şəhərində KOİDER BAZAAR “Türk Dünyası İş Qadınlarının Forumu” keçirilib. Forumda Azərbaycan, Qazaxatan, Qırğızstan, Özbəkistan və Türkiyənin müxtəlif şəhər və vilayyətlərindən iş qadınları iştirak ediblər.

“İki sahil” xəbər verir ki, forumun əsas məqsədi - iki ölkəni birləşdirən tarixi, mədəni və iqtisadi dəyərləri mövzularına dair danışıqlar aparıldı, həmçinin gələcəkdə hər iki ölkənin qadın sahibkarlarının yeni perspektivləri və əməkdaşlıqlarıda müzakirə olunub.

İlk öncə Türkiyənin İzmit şəhərinin Kartepe Dedeman Otelində “Türk Dünyası İş Qadınlarının Forumu”nun açılış mərasimi keçirilib.

Görüşdə Türk Dünyası İş Qadınlarının öz ölkələrində gördükləri fəaliyyətlərindən və Qadınların gücünündən danışılıb. Azərbaycanda Qadın Sahibkarllığının İnkişafı Assosiaaiyasının heyəti ilə KOİDER rəhbər heyəti və üzvləri arasında geniş tərkibdə panel müzakirələri, B2B görüşlər keçirilib.

 

Görüşdə Səkinə Babayeva KOİDER rəhbərliyinə Forumun təşkili üçün təşəkkürünü bildirib, Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, dostluq və dəstək əlaqələrinin qurulduğu vaxtdan ilk dəfə olaraq Azərbaycan və İzmit İş Qadınlarının Biznes Forumunun keçirilməsinin əlamətdar hadisə olduğunu söyləyib.

B2B görüşləri tekstil, kosmetika, üz baxımı, otelçilik, qida, sənaye, tikinti, təhsil sahələrində keçirilib. B2B görüşlərində AQSİA-nın üzvləri Lətifə Əhmədova, Nüşabə Məmmədova, Lalə Qocayeva, Məhəbbət İbrahiçova, Venera Mütəllimova, Təhminə Çələbi, Ruxsarə Məmmədova, Yeganə Bayramova, Aynurə Rəşidova, Taliyə Məsimova, Vüsalə Əhmədova, İradə Əhmədova, Aybəniz Hacıyeva, Ziyafət İsgəndərova, Ülkər Quliyeva, Pakizə Quliyeva və gənc könüllülər Aygül Məsimova, Himay Hacıyeva KOİDER-in İş Qadınları ilə danışıqlarda iştirak ediblər.

Forum BMT-nin Dayanıqlı İnkişaf Məqsədinin 8-ci və 17-ci bəndlərinə bərabərdir.