Artıq dünya Azərbaycan həqiqətlərini qəbul edir

Erməni lobbisi ötən ilin dekabrın 12-də Laçın-Xankəndi yolunda Azərbaycanın faydalı qazıntılarının qanunsuz istismarına qarşı ekofəalların və QHT nümayəndələrinin etiraz aksiyası ilə bağlı qarayaxma kampaniyasını davam etdirirlər. Hətta bu kampaniyaya müxtəlif ölkələri, eləcə də beynəlxalq təşkilatları da cəlb ediblər. Yanvarın 18-də Avropa Partlamentinin, yanvarın 21-də isə Niderland parlamentinin Azərbaycanın əleyhinə növbəti ermənipərəst qətnamə qəbul etmələri bu kampaniyanın tərkib hissəsidir. Çünki qətnamələrin qəbul edilməsindən əvvəl erməni icma strukturları Avropa Parlamentinin və Niderland parlamentinin binası qarşısında günlərlə sükut aksiyası keçirmişdilər. Eyni zamanda, erməni lobbisi Haaqda Beynəlxalq Ədalət Məhkəməsi qarşısında da aksiya keçirərək Laçın-Xankəndi yolundakı aksiyaya “kommunal böhran” donu geyindirməyə və bu aksiyanın Azərbaycan hökuməti tərəfindən keçirilməsi kimi qələmə verməyə çalışırdı.
Onlar ümid edirdilər ki, Ermənistanın bununla bağlı Beynəlxalq Ədalət Məhkəməsinə etdiyi müraciətə müsbət cavab alacaqlar. Yeri gəlmişkən, eyni zamanda Ermənistanın bu  qondarma müraciətinə qarşı Niderlanddakı soydaşlarımız da yanvarın 30-dan başlayaraq Haqqa məhkəməsi qarşısında 3 günlük etiraz aksiyası keçiriblər.   
Fevralın 23-də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın bu iddiasını qəbul etməyib. Əslində, bununla Ermənistanın və hesabına yaşadığı erməni lobbisinin növbəti yalanı və saxtakarlığı üzə çıxdı. 
Göründüyü kimi, Ermənistanın əsasısz tələbi rədd edilib. Erməni lobbisi də məyus duruma düşüb. Bu, o deməkdir ki, artıq dünya Azərbaycan həqiqətlərini qəbul edir. Azərbaycan xalqı isə qətiyyət göstərərək Laçın-Xankəndi yolunda öz haqlarını bu gün də tələb edir.

 

Fuad Hüseynzadə

Sabahinfo.az