Millət vəkili Asif Əsgərov əvvəlcə Vətən uğrunda şəhid olmuş Turan Məhərrəmovun ailəsini ziyarət edib. Görüş zamanı şəhid ailəsinin qayğıları ilə maraqlanılıb, onları narahat edən məsələlər dinlənilib. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsi daim uca tutulur, onların ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Daha sonra Yengiyan kəndində növbəti vətəndaş qəbulu keçirilib. Qəbulda YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, kənd icra nümayəndəsi, bələdiyyə sədri və məktəb direktoru da iştirak ediblər. Sakinlərin müraciətləri dinlənilib. Müraciətlər əsasən sosial problemlər, işsizlik və yol infrastrukturu ilə bağlı olub.Bəzi məsələlər yerindəcə araşdırılaraq operativ şəkildə həll edilib,həlli mümkün olmayan müraciətlər isə aidiyyəti qurumlara yönləndirilib və nəzarətə götürülüb. Vətəndaşların müraciətlərinin həllinin daim diqqət mərkəzində saxlanılacağı qeyd olunub. Olunmuş müraciətlərə əsasən bir sıra aztəminatlı ailələrə maddi yardım göstərilib.
Sonda həm şəhid ailəsi, həm də vətəndaş qəbulunda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.