Atçılar çarəsiz durumda - Nazirə müraciət olundu

Azərbaycan atçıları üzləşdikləri problemlərin həlli üçün kənd təsərrüfatı naziri İnam Kərimova müraciət ediblər.

Atçılar son üç ildə Cıdır yarışlarının keçirilməməsini də diqqətə çatdırıblar:

"Qonşu dövlətlərdə Cıdır yarışları keçirilir və dünya standartlarına uyğun ippodromlar tikilir. Bizdə isə standartlara uyğun Binə ippodromundan iki ilə yaxındır çıxarıb bərbad gündə olan şəhər ippodromuna atıblar. Üç ildir ki, Cıdır yarışları keçirilmir. Kənd təsərrüfatı nazirimiz cənab İnam Kərimov, əməkdaşlarınızın "atçılıq inkişafdadır" deyərək sizə verdiyi yalan məlumatlara inanmayın. Gərçək nədir yerində baxıb qərarınızı verməyinizi xahiş edirik. Sizi Azərbaycan atçıları olaraq KTN-nin balansında olan şəhər ippodromuna dəvət edirik. Xahiş edirik gəlib atçıların, atlarımızın Cıdır zolağımızın bu günkü vəziyyəti ilə tanış olasınız".