"Avropa Ukraynaya 100 milyard dollar yardım etməlidir" - Tramp

Ukrayna Avropa ölkələrindən təxminən 100 milyard dollar almalıdır ki, yardımın həcmi Vaşinqtonun Kiyevə verdiyi yardımla müqayisə oluna bilsin.

Sabahinfo.az xəbər verir ki, bu fikri ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib.

Siyasətçi əlavə edib ki, ərazi baxımından Avropa Ukraynaya daha yaxındır, ABŞ isə qitədən “okeanla ayrılıb”.

"Niyə biz 150 milyard dollar xərclədik, onlar isə 20 milyard dollar xərclədilər? Onların iqtisadiyyatları birləşdirildikdə, demək olar ki, bizimkinə bərabərdir”, - Tramp bildirib. ABŞ Konqresi daha əvvəl Ukraynaya yardım üçün təxminən 113 milyard dollar ayrılmasını təsdiqləyib. Vaşinqton Kiyevə yardımın əsas hissəsini Pentaqon, Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə həyata keçirir.