Avropada qazdan sonra kömür də bahalaşır

Avropada hasil edilən kömürün dəyəri rekord qiymətə qalxıb.

Bu məlumatı “Blumberq” agentliyi yayıb. Məlumata görə, kömürün dəyəri 2,6% yüksələrək, 137 dollar təşkil edib.

Agentlik qiymətin qalxmasının elektrostansiyaların tələbatının artması və anbarlarda ehtiyatların azalması ilə əlaqədar olduğunu bildirib. Buna görə də Avropanın kommunal xidmətləri həddən artıq yüksələn qaz qiymətlərinə alternativ olaraq kömürə keçməyə məcbur olublar.

Vəziyyəti Avstraliya, Cənubi Afrika, Kolumbiya və Rusiyadan kömür tədarükünə qadağa qoyulması da çətinləşdirib.