Avropalı məmur və qızı Epşteynlə əlaqədə şübhəli bilinir

Fransa Prokurorluğu keçmiş mədəniyyət naziri Cek Lanq və qızı Karolinanın Epşteyn işində dəfələrlə adı çəkilməsindən sonra onlara qarşı çirkli pulların yuyulması ittihamları ilə bağlı ilkin araşdırmaya başlayıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə "Figaro" qəzeti məlumat dərc edib..  

Qəzetin məlumatına görə, keçmiş nazir və qızı "vergi fırıldaqçılığı yolu ilə əldə edilmiş vəsaitlərin yuyulmasında" şübhəli bilinirlər. Prokurorlar diqqəti 2016-cı ildə Karolin Lanq və Epşteyn tərəfindən Vircin adalarında qeydiyyatdan keçirilmiş ofşor şirkətə yönəldiblər. Cek Lanqın özü də şirkətin sahibləri arasında olub. Bundan əlavə, Epşteynin vəsiyyətnaməsində keçmiş fransız məmurunun qızının 5 milyon dollara haqqı olduğu qeyd olunur.