Azad edilən ərazilərdə 10-a yaxın məscid inşa olunur

“Hazırda azad edilən ərazilərdə 10-a yaxın məscidin tikintisi davam etdirilir”.

Sabahinfo.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, azad edilən ərazilərdə erməni işğalçıları məscidləri, müqəddəs məkanları dağıdıb: “Kilsələrin də tikintisi həyata keçirilir”.