AZAL qiymətləri endirəcək -Rəhbərlikdən açıqlama

AZAL rəhbərliyi Natiq Cəfərlini aviaşirkəti tənqid etməsi ilə bağlı qəbul edib.

Sabahinfo.az xəbər verir ki, bu barədə N.Cəfərli "Facebook" səhifəsində məlumat verib.

N.Cəfərli qeyd edib ki, görüşdə bu günə kimi AZAL-ın ünvanına səsləndirdiyi tənqidlər və bununla bağlı formalaşan ictimai rəy barədə S.Rzayevə məlumat verib: 

"Ən vacib məsələ, qiymətlərin baha olması ilə bağlı tənqidləri də normal qarşıladı, bu yöndə ciddi işlər apardıqlarını dedi, bəzi aksilayaların, məsələn, Türkiyədə oxuyan tələbələrə güzəştli biletlər satılmasının artıq həll olunduğunu, bu yanaşmanın başqa ölkələrdə oxuyan tələbələrə də şamil olunması üçün işlər görüldüyünü dedi. Qiymətlərin aşağı düşməsi üçün xərclərin azaldılması proqramı olduğunu söylədi, artıq keçən illə müqaisədə xərclərin 15% aşağı salınmasına nail olduqlarını, bunun da qiymətlərə təsir etdiyini dedi. Yaxın zamanlarda yeni qiymət endirimlərinin olacağını da söylədi".