Azərbaycan daha bir ölkədə səfirlik açır

“Azərbaycan Respublikasının Slovakiya Respublikasında səfirliyinin fəaliyyətə başlaması dövlətimizin milli maraqlarına uyğundur”.

Sabahinfo.az xəbər verir ki, bunu “Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsinin səsverməsi zamanı Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov bildirib.

O qeyd edib ki,  Slovakiya Respublikasının ölkəmizdə səfirliyi fəaliyyət göstərir: “Deputat həmkarlarımızı sözügedən qanun layihəsinə səsverməyə çağırış edirəm”.

Deputatlar “Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsinin qəbuluna səs veriblər və qanun layihəsi qəbul edilib.