Azərbaycan dünya enerji siyasətinin mühüm tərəfdaşı kimi

 

Dayanıqlı enerji siyasəti dünya ölkələrinin Azərbaycana olan marağının artmasına səbəb olub. Yeni cağırışlara uyğun olaraq həyata keçirilən enerji siyasəti nəticəsində ölkəmiz istər qonşu ölkələrin, istərsə də Avropa məkanın etibarlı tərəfdaşıdır. Zaman keçdikcə etibarlı tərəfdaşlıq dayanıqlı əlaqələrin qurulmasının şahidi oluruq. Bütün bunlar isə həyata keçirilən genişmiqyaslı siyasətin nəticəsidir.
Hazırda Ukrayna ərazisində baş verən məlum müharibə enerji bazarında canlanma yaradıb. Artıq bir sıra ölkələr geosiyasi və geoiqtisadi münasibətlərində yeni mərhələyə qədəm qoyublar. Uzun müddət əməkdaşlıq etdikləri ölkələrlə deyil, bu istiqamətdə daha təhlükəsiz, əlverişli şərtlərlə çıxış edən Azərbaycana üstünlük verirlər. Buna misal Avropa İttifaqının təşəbbüslərini, Litva və digər ölkələrin təkliflərini göstərmək olar.
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində enerji bazarında yaranan yeni siyasi düzən və Azərbaycanın bu siyasətdə yeri və rolu barəsində ətraflı məlumat verdi. Dövlət başçısı bildirdi ki, Azərbaycandan Gürcüstana ilk boru kəməri olan "Supsa"nın işə salınması vacib hadisə idi. Bu, bizə ixraca başlamaq imkanı yaratdı. Eyni zamanda, tərəfdaşlarımızla qaz yataqlarının, o cümlədən, “Şahdəniz” yatağının işlənməsinə başladıq və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə salındı. Həmin vaxt ilk dəfə olaraq, Azərbaycan qazı Türkiyə və Gürcüstan bazarlarına ixrac olunmağa başladı. O vaxtdan etibarən Bakı-Tbilisi-Ceyhan layihəsi və Azərbaycanın digər enerji infrastrukturları fasiləsiz işləyir. Əlbəttə ki, bu, proqnozlaşdırma, etibarlılıq, texniki və maliyyə baxımdan mürəkkəb bu cür genişmiqyaslı infrastruktur layihələri həyata keçirmək qabiliyyətimizi nümayiş etdirir.Bundan sonra əsas neft kəmərimiz olan Bakı-Tbilisi-Ceyhan xəttini çəkib işə sala bildik. Bu xətt Xəzər və Aralıq dənizlərini birləşdirməyə, yeni marşrut və mənbə vasitəsilə dünya bazarlarına neft çıxarmağa imkan verdi.
Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, enerji təhlükəsizliyini təmin etmək üçün ötən illərdə Azərbaycan hökuməti həm də xarici siyasət sahəsində, transmilli və regional aləmlə sistemli iş aparmış, bu istiqamətdə aşağıdakı əsas tədbirləri həyata keçirilib. Eyni zamanda -Xəzərin Azərbaycan sektorunda xarici investorların imkanlarından istifadə etməklə, enerji ehtiyatlarının istehsalı və satışı sahəsində səmərəli fəaliyyətin təşkil edilməsi, dünya yanacaq-enerji bazarında layiqli yer tutmaq üçün rəqabətə davamlı məhsul çıxarılması yönündə ciddi addımlar atılıb. Bünü bunlar isə Azərbaycanın son illərdə nümayiş etdirdiyi dinamik iqtisadi inkişaf ölkənin enerji ehtiyatlarına olan məxsusi tələbatını əhəmiyyətli dərəcədə artırıb. Bu isə öz növbəsində iqtisadi baxımdan səmərəli və dinamik inkişaf edən, ekoloji standartlara uyğun, qabaqcıl texnologiyalarla və yüksək ixtisaslı kadrlarla təchiz olunmuş yanacaq-energetika kompleksinin formalaşdırılmasına və modernləşdirilməsinə gətirib çıxarıb.

Enerji təhlükəsizliyi sahəsində Azərbaycan öz təbii sərvətlərinin potensialından istifadə edərək Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. Bununla bağlı aparılan müzakirələrin fonunda Neft-Qaz Sərgisi bu istiqamətdə görülən işlərdə xüsusi önəmə malikdir.


Mətanət Səfərli
YAP Nəsimi rayon təşkilatının əməkdaşı