Azərbaycan hərbçilərinin də iştirakı ilə "Anadolu qartalı 2022" təlimləri başladı - VİDEO

Türkiyənin Konya vilayətində Azərbaycan hərbçilərinin iştirakı ilə beynəlxalq "Anadolu qartalı 2022" təlimləri başlayıb.

Sabahinfo.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

"Azərbaycan, Böyük Britaniya, İordaniya, Pakistan və Türkiyənin hava və dəniz qüvvələrinin, eləcə də NATO mənsublarının iştirakı ilə beynəlxalq "Anadolu qartalı 2022" təlimləri Konyadakı 3-cü hərbi-hava bazasında start götürüb" - məlumatda deyilir.