“Azərbaycan idman siyasətində yeni standartlar ortaya qoyur”

“Qalib ölkənin idmançısı kimi yarışlara qatılmaq idmançılarımızda yeni stimul yaradır. Məhz bunu nəticəsidir ki, Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatında idmançılarımız yüksək nəaliyyət əldə ediblər”. Bunu Milli Məclisin deputatı İltizam Yusifov deyib. Onun sözlərinə görə, bu zamana kimi beynəlxalq idman yarışlarında ölkəmizi təmsil edən idmançılar yüksək nəticə göstərib, bayrağımızı dalğalandırıblar: “Respublikada bədən tərbiyəsinin kütləviliyinə nail olmaq, yüksək nailiyyətlər əldə etmək və dünyada yüksək zirvələrdə Azərbaycan bayrağını qaldıracaq idmançılar hazırlamaq üçün bu sahə ilə sıx məşğul olan qurumlar qarşısında öhtəliklər qoymuşdu. Azərbaycanda beynəlxalq, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması, həmçinin, idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərinin yetişdirilməsi məsələləri həyata keçirilməli əsas tədbirlər sırasına daxil edilmişdi. Bütün bu gərgin işlərin nəticəsi olaraq idmançılarımız qısa zamanda möhtəşəm qələbələrə imza atdılar, bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Bu zamana kimi idmançılarımız tatamiyə, rinqə torpaqları işğal altında olan ölkənin idmançısı kimi çıxırdı sa artıq onlar qalib ölkənin idmançıları kimi yarışlara qartılır. Bu isə idmançılarımıza həm böyük məsuliyyət həm də psixoloji üstünlük verir”.
İ.Yusifov deyir ki, idmanın kütləviliyinin təmini baxımından regionlarda da həyata keçirilən işlər bu sahənin inkişafına təkin verib: “Deputat seçildiyim Şirvan şəhərindən dünya şöhrətli idmançılar çıxıb. Onlar daim Azərbaycan bayrağını ucalara qaldırıblar. Mən burada Rövşən Umudov, Tərlan Əhmədov, Tofiq Xəlilovun, Səmədağa Şıxlarovun adını çəkə bilərəm. Ümumilikdə Şirvan şəhəri idman tarimizdə xüsusi rolu olan şəhərlər arasındadır. Şəhərdə müasir idman komplekslərinin fəaliyyət göstərməsi, idman zallarının olması idmanın kütləviliyinə gətirib çıxarıb”.
Deputat onu da bildirib ki, Cənab Prezident İlham Əliyevin idmanın inkişafı ilə bağlı həyata keçirdiyi strategiya siyasət meydanında olduğu kimi idman arenalarında da ölkəmizin qələbəsini təmin edir: “ İlk Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunları, Dünya Şahmat Olimpiadası, Formula 1 üzrə Qran prilərin, Avropa Yay Gənclər Olimipya Festivalının ünvanı olan Azərbaycan mötəbər yarışların ən yüksək səviyyədə təşkil olunması ilə idman siyasətində yeni standartlar müəyyənləşdirdi və bütün dünyaya göstərdi ki, sülhün və sabitliyin hökm sürüyü müstəqil, heç bir ölkədən asılı olmayan azad məkan nümunəsidir. Bu yarışlarda xalqımızın mübarizliyi ön plana çıxdı, dünya idman ictimaiyyəti həmçinin prezident İlham Əliyevin rəhbərliyi ilə irqindən, dinindən asılı olayaraq insanlarlın ölkəmizdə azad yaşamaq hüququnun qorunduğunun bir daha şahidi oldu”.