Azərbaycan nümayəndə heyətinin Pakistana səfəri davam edir

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizin Pakistandakı səfirliyini ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ziyarət zamanı səfirliyin inzibati binasında ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb.