Azərbaycan nümayəndələri və Qarabağ ermənilərinin görüşü olub

Azərbaycan nümayəndələri və Qarabağ ermənilərinin Rusiya sülhməramlı komandanlığının iştirakı ilə görüşü keçirilib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında Laçın yolunda yaranmış vəziyyət barədə danışarkən bildirib.

Görüşün dünən, ya da srağagün baş tutduğunu qeyd edən Rusiya XİN başçısı məsələnin yaxın vaxtlarda həllini tapacağını düşündüyünü vurğulayıb. /APA