İlham Əliyevdən başsağlığı

Azərbaycan Prezidenti İlham Əliyev Çində sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, başsağlığı məktubunda deyilir: “Çinin cənubunda “China Eastern Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.