Suqovuşan səfəri Gürcüstan KİV-nin diqqət mərkəzində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tərtər rayonunun Suqovuşan qəsəbəsinə səfəri Gürcüstan KİV-nin diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, “24news.ge”, “interpress.ge” və “aktual.ge” informasiya portalları Prezident İlham Əliyevin səfəri barədə materiallar yayıblar.

AZƏRTAC-a istinadla yayılan materiallarda Prezident İlham Əliyevin Azərbaycanın bundan sonra da sürətli inkişafı üçün var gücü ilə çalışacağı, məcburi köçkünlərin işğaldan azad edilmiş torpaqlarına qayıdacağı, eləcə də xalqımızın Qarabağa və Zəngəzura daimi qayıtması barədə söylədiyi qətiyyətli fikirləri öz əksini tapıb.

Xətayi Əzizov