Azərbaycan sülhün, ədalətin tərəfdarıdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətdə olduğu ilk gündən bu günə kimi etdiyi sülh çağırışları, demokratiya və təhlükəsizliyin təmin olunması sahəsindəki təşəbbüsləri və bunun əməli fəaliyyətdə öz əksini tapması dünyanın bir çox rəhbərləri, beynəlxalq təşkilatları tərəfindən yüksək qiymətləndirilir.

Torpaqlarımızın 30 il işğal altında qalmasına, şəhər və kəndlərimizin viran qoyulmasına, erməni təcavüzkarları üzərində tarixi qələbə qazanılmasına baxmayaraq dövlətimizin rəhbəri hər an sülh yolunu tutdu və bu gündə sülhsevər məqsədlərini aydın ifadə edir. Məhz buna görə də cənab İlham Əliyev dünyanın müxtəlif ölkələrində keçirilən sülhməramlı tədbirlərə dəvət olunur və bu tədbirlərdə dünya ölkələrinə sülh mesajlarını ünvanlayır. 

Moldovanın paytaxtı Kişinyovda keçirilən “ Avropa Siyasi Birliyi” 2 - ci Zirvə toplantısına dəvət olunması onun sülh və təhlükəsizlik uğrunda apardığı mübarizəyə, bu sahədə həyata keçirdiyi tədbirlərə verilən qiymət kimi dəyərləndirilməlidir. Məlum olduğu kimi bu toplantıda 50 - yə yaxın ölkənin dövlət və hökumət başçısı iştirak edir və o sülhə istiqamətləndirilən ən mühüm platformadır. Ölkəmizin rəhbərinin toplantının açılış mərasimində iştirak etməsi və bəzi ölkələrin başçıları ilə səmərəli görüşlər keçirməsi, bu görüşlərdə qarşılıqlı münasibətlərdən, sağlam, hərtərəfli əməkdaşlıqdan geniş bəhs olunması Azərbaycanın Avropada sülhə və təhlükəsizliyə önəmli töhfə verdiyini və sülhsevər prinsiplərə sadiqliyini göstərir. 

Kişinyova səfər ərəfəsində cənab İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makronla qeyri - rəsmi görüşü zamanı da sülhə və təhlükəsizliyə önəm verdiyini, Ermənistanla münasibətlərin yaxşılaşdırılmasına tərəfdar olduğunu, sülh müqaviləsinin bağlanmasına ciddi təşəbbüs göstərdiyin bildirmişdir. 2- ci Zirvə toplantısı və toplantıda qəbul olunan sənədlər və söylənilən fikirlər sözsüz ki, xeyirxah məqsədlər daşıyır. Dövlətimizin rəhbərinin bu tədbirə qatılması cənab İlham Əliyevə göstərilən etimadın ifadəsi olmaqla, həm də bu iştirak tədbiri dəyərləndirir.

Tahir Rzayev Milli Məclisin Aqrar siyasət komitəsinin sədri