"Azərbaycan tərəfi bu məsələ ilə bağlı razılıq verməyib"

Milli Məclisin deputatı Elman Nəsirov SABAHİNFO.AZ saytına müsahibə verib. Müsahibəni təqdim edirik;

-Elman müəllim Heydər Əliyevin 100 illiyi yubleyi günü Prezidentin məhz tarixi zəfərimizin tacı olan Şuşada xalqa müraciətinin böyük rəmizi mənası vardır.Bu barədə fikirləriniz marağlıdır.

-Prezident İlham Əliyevin tarixi zəfərimizin rəmzi olan Şuşa şəhərində Azərbaycan xalqına müraciət etməsinin çox böyük siyasi mənası , çəkisi və əhəmiyyəti vardır. Məhz yenilməz ordumuzun Şuşada 2020 -ci ilin 8 noyabır tarixində çaldığı mühüm tarixi əhəmiyyətli qələbə məcbur etdi ki, Ermənistan kaputilyasiya aktına imza atsın. Ermənistan baş naziri Nikol Paşinyan kafulyan statusna enmiş olsun. Bunlar hamısı tarixi zəfərimizin nəticəsi idi. Ölkə Prezidenti bu xalqa müraciətində həm ölkə həyatının həm də ölkənin xarici siyasətinin bir sıra mühüm məsələləri ilə bağlı strateji əhəmiyyətli fikirlər səsləndirdi. Xüsusən də cənab Prezident qeyd elədi ki, bu günləri qarşımızda dayanan bir nömrəli məsələni həll etmişik. Bizim növbəti zəfərimiz o oldu ki, Ermənistan-Azərbaycan sərhəddində , Laçın -Xankəndi yolunun başlanğıcında artıq sərhəd buraxılış məntəqəsi istifadəyə verilmişdir və nəticədə Ermənistan tərəfindən Qarabağa silah -sürsat,canlı qüvvə, mina daşınması və digər hərbi təyinatlı məhsulların daşınmasının qarşısı alınıb. Bu cox böyük tarixi bir hadisədir. Eyni zamanda cənab Prezident qeyd elədi ki, bizim qarşımızda dayanan növbəti vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpasıdır. Prezidentin may ayının 2 -dən 8- nə qədər Qarabağda Şərqi Zəngəzura səfəri ərəfəsində 10 kəndin bünövrəsi qoyuldu. Artıq iki kəndə əhalinin köçrülməsi reallaşdırılıb. Çox saylı körpülərin yolların tikintisi, tunellərin çəkilişi, məktəblərin ,xəstəxanaların tikintisi və çox saylı infrasturukturların qurulması prasesi surətlə həyata keçrilir. Eyni zamanda Prezident Cənab İlham Əliyev qeyd elədi ki, biz istəyiri ki, regionda uzumüddətli və dayanıqlı sülh olsun. Biz sülh müqaviləsi imzalamaq istəyirik. Amma Ermənistan isə öz sələflərinin yolu ilə gedərək elə bir yol seçib ki, sülhə razılaşmır. Ermənistan sülh istəmirsə heç bizə də lazım deyil. Bir sözlə biz müharibəni udmuşuq indi isə sülhü udmaqla məşğuluq. Prezidentin xalqa müraciəti dövlətimiz, xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.

-Elman müəllim cəbhədə baş verən son erməni təxribatları barəsində nə deyə bilərsiz?

-Hesab edirəm ki , Ermənistanın siyasi hərbi rəhbəri öz köhnə ampulasındadır. Görəndəki danışıqlar prosesi nəticəyə gətirib çıxarır. Görəndəki Vaşiktonda 4 günlük danışıqlarda məqsəd sülh müqaviləsinin imzalanmasıdır. Görəndə ki artıq may ayının 14 -də Bürüseldə Avropa Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə növbəti yüksək səviyyəli danışıqlar gəlir, may ayının 19 – da bu səfər xarici işlər nazirlərinin səviyəsində danışıqlar, iyun ayının 1-də Kişinyov danışıqları, bütün bunlar nəticə etibarı ilə sülh müqaviləsinin imzalanmasını şərtəndirir. Ermənistana isə görünür sülh müqaviləsi lazım deyil. Ona görədə həm may ayının 10-da həm 11-də belə təxribatlara əl atmaqla məqsədi odur ki, ya danışıqlar baş tutmasın yox baş tutanda da əsas fundamental məsələlər müzakirə edilməsin. Müzakirə edilsin atəşkəs məsələsi, necə edək ki, atəşkəs pozulmasını, sabitlik olsun kimi məsələləri gündəmə gətirmək istəyirlər ki , bu da Ermənistanın hər vəclə bu prasesdən yayınır. Biz diplomatiya yoluna sadiqik Lakin hər şey Ermənistanın davranışından asılıdır. Lazım gələrsə yenə də hərbi yol istisna olunmur. Əgər hərbi yolla tənzimləmə məsələləri önə keçərsə bu artıq Etmənistan üçün Ermənistan hərbi rəhbərliyinin bağışlanmaz səhfi olacaq. Bu Ermənistanın sonunun başlanğıcı olacaq.

-Sizcə İran Zəngəzur dəhlizinin açılmasına niyə maneə yaradır?

-İran dövləti uzun müddət maskalanmış vəziyyətdə proseləri müşahidə edirdi. Azərbaycan ərazi bütövlüyünü bəyan edir amma faktiki olaraq isə ermənipərəst siyasəti həyata keçirir. Bu günləri münasibətlərimiz ən aşağı səviyyədədir. Azərbaycan prezidenti Cənab İlham Əliyevin Şuşada keçirilən Beynəlxalq Konfransda vurğuladı ki, hər şey İrandan asılıdır .İran əgər mehriban qonşuluq siyasətinə sadiq qalarsa, İran bizim səfirliyimizə qarşı teror əməlinin törətmiş cinayətkarları və təşkilatçıları cəzalandırarsa, xoş məramlı münasibətlər yaradarsa, Azərbaycan da münasibətlərə yenidən baxa bilər. Amma çox təssüf ki , İran yenə də öz anti -Azərbaycan siyasətini həyata keçirməkdədir, Ermənistanın yanında yer alır, Ermənistan ərazi bütövlüyü bizim üçün qırmızı xetdir ifadəsini işlədir. Bütün bu hallar iki tərəf arasında soyuq və gərvin münasibətləri şətləndirir. Prinsip etibarı ilə Cənab Prezidentin qeyd etdiyi kimi münasibətlərin normallaşdırılmasını istəyirik ancaq her şey İranın davranışından və Azərbaycana xoş məramlı münasibətindən asılıdır.

-Azərbaycan tərəfi Burisel görüşünə farmatı dəyişməmək şərti ilə razılıq verib.Kişinyov görüşündə iştiraka dair yekun nəticə hələlik mövcud deyil.Bu görüş baş tutarsa gözləntiləriniz nələrdir?

-Əvvala onu qeyd edim ki,keçən illəri artıq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəciliyi ilə bir neçə dəfə görüşlər keçrildi və keçən il oktyabr ayında keçrilən görüşdə isə faktiki olaraq həm Şarl Mişel həm Fransa prezidenti makron və eyni zamanda Azərbaycan və Ernənistan Prezidenləri öz imzaları ilə təstiqlədilər ki ,Azərbaycan -Ermənistan münasibətləri və sərhədlərinin müəyyən edilməsi 1991 -ci ilin Almaata Bəyannaməsinə əsasında həll olunmalıdır. Həmin bəyyannamə isə sərhədləri müəyyən edir müəyyən edərkən isə Qarabağ Azərbaycanın tərkibində göstərilib. Bunu da Ermənistanın baş naziri də imzalayıb. Bu baxımdan da Şarl Mişelin vasitəsi ilə keçrilən görüşdə Azərbaycan laiqli münasibət bəsləyir və biz normal yanaşırıq. Amma Kişinyov görüşündə Makron yenə də istəyir ki, danışıqlar prosesinə qatılsın. O bilir ki rəsmi Bakının onun mövqeyi ilə bağlı mənfi fikri var, belə olan vəziyyətdə o istəyir ki,  Almaniya Kansleri Şolsu da bu prosesə qatmaqla müəyyən mənada konpensasiya etsin. Azərbaycan tərəfi bu məsələ ilə bağlı razılıq verməyib,indiki reallıq bundan ibarətdir. Cənab Prezidentin mövqeyi belədir .Ümumiyyətlə Qarabağ məsələsində heç bir vasitəciyə ehtiyyac yoxdur. Qarabağ məsələsi həllini tapıb və bitib. Olsa -olsa Azərbaycan Ermənistan arsinda sülh müqaviləsinin imzalanmasında vasitəçiyə ehtiyac ola bilər və onlarda konkret köməklik etməlidir . O ki qaldı idial varianta iki tərəfli münasibətlər çərçivəsində Ermənistan və Azərbaycan masa arxasıda əyləşib münasibətləri müəyyən etsinlər heç bir vasitəçi olmadan. Ən idial variantı budur.

Leyla Allahverdiyeva
SABAHİNFO.AZ saytının xüsusi müxbiri