Azərbaycan və Özbəkistan QHT-lərinin birgə qrant müsabiqələri keçirilə bilər

Özbəkistan QHT-ləri ilə birgə qrant müsabiqələrinin icrası üçün hazırlıqlar gedir.

Sabahinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva noyabrın 24-də Bakıda keçirilən Türk Dövlətlər Təşkilatına üzv ölkələrin QHT-lərinin həmrəylik forumunda bildirib.

O, Zəngəzur dəhlizinin türk dünyası üçün canlı körpü rolu oynayacağını qeyd edib və tarixi Qarabağ zəfərinin bütün türk dünyasının qələbəsi olduğunu vurğulayıb.

Aygün Əliyeva Azərbaycan-Özbəkistan QHT-lərinin əməkdaşlığı çərçivəsində görülən işlər barədə danışıb və bu gün keçiriləcək Azərbaycan-Qazaxıstan QHT-lərinin birinci forumunun ölkəmizin digər türk dövlətlərinin QHT-ləri ilə də əlaqələrinin gücləndirilməsi üçün bir fürsət olacağını əlavə edib.