Azərbaycan xüsusi təyinatlıları Türkiyədə təlimdə iştirak edirlər

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının Ankara şəhərində keçirilən “Sonsuz qardaşlıq-1” xüsusi təyinatlı qüvvələr təlimində iştirak edirlər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müxtəlif ölkələrdən hərbi qulluqçuların cəlb olunduğu təlim cari ilin sentyabr ayının 22-dək davam edəcək.