Azərbaycanda 7 şəhərin baş planı hazırlanır

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə yenidənqurma işləri nhəyata keçirilir.

Sabahinfo.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Ümumdünya Məskunlaşma Günü” ilə bağlı tədbirdə çıxışı zamanı deyib.

“Hazırda Qarabağ bölgəsində olduqca böyük tikinti-quruculuq işləri aparılır. Ölkə üzrə 7, həmçinin, Qarabağ iqtisadi rayonu üçün 4 şəhərin baş planı hazırlanmaqdadır”, - deyə A.Quliyev bildirib.

Onun sözlərinə görə, Baş planın 90 faizi hazırlanıb. Hazırda biz 7 şəhər və 4 Qarabağ iqtisadi zonası üşün baş plan hazırlayırıq. Qarabağda işğaldan azad edilmiş ərazilərdə kifayət qədər irihəcmli yenidənqurma içləri həyata keçirilir.

"Cari bərpa-quruculuq içləri çərçivəsində urbanizasiya prosesi aparılır. Bakı ilk dəfə -Dünya Məskunlaşma Günü" qeyd edir. Bu tarixi andır. Bu bizim qlobal arenada növbəti uğurumuzdur. Bakı Azərbaycanın canlı şəhəridir və müasirliyin tarixi üslubla kəsişdiyi möhtəşəm şəhərdir. Şəhərdə kifayət qədər canlanma var. Müxtəlif Memarlıq nümunələrindən keçmiş Bakı regionda dayanıqlı Şəhərsalma prosesində digər şəhərlər üçün ilham mənbəyinə çevrilib.

Bakıda sakinlər üçün həyat keyfiyyətinin artırılması üçün ciddi addımlar atılır. Bu bir daha şəhərlərin gələcəkdə müsbət dəyişikliyə doğru gedişatına təkan verir. Təkcə iqtisadi rifahla deyil, ekoloji cəhətdən də mühüm addımlar atılır. Komitəmiz tərəfindən işğaldan azad edilən ərazilərdə də misli görülməmiş bərpa prosesləri aparır. 8 şəhərin və 100 ə yaxın qəsəbənin baş planını hazırlamışıq. 1,37 ha ərazini əhatə edən bu genişmiqyaslı addımlar atmışıq. Logistika, sənaye zonalarının yaradılmasına çalışırıq. Bu indi və gələcəkdə də davam edəcək.

Qlobal ekosistemin meteriyası kimi atılan addımlar gələcək cəmiyyətin həyatında mühüm iz qoyacaq", - deyə o, əlavə edib.