Azərbaycanda bir həftədə 111 nəfər COVID-19-a yoluxub - 5 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (21.08.2023-27.08.2023) 111 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sabahinfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.