"Azərbaycanda çox gözəl investisiya iqlimi  yaradılıb" 

230 meqavat gücündə olan alternativ enerji təminatı baxımdan Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi  çox önəmli hadisə olmaqla yanaşı, həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı da genişləndirəcək.

Bunu "Ölkə.Az"a açıqlamasında deputat Müşfiq Məmmədli deyib. Onun sözlərinə görə, bu layihə yüz faiz xarici investisiya hesabına dünyada tanınmış və böyük təcrübəyə malik olan “Masdar” şirkəti tərəfindən icra olunacaq. 

"Bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici hal olmaqla yanaşı, digər xarici şirkətlərin investisiya qoyulması baxımdan təşviqedici bir addımdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici və açıq ölkədir. Azərbaycanda çox gözəl investisiya iqlimi  yaradılıb ki, bu da  xarici şirkətlərin ölkəmizə investisiya qoymasına  geniş imkanlar açır.  Yaradılan şərait  Azərbaycana qarşısında qoyduğu hədəflərə nail olmağa imkan  verir", - deputat bildirib.

O əlavə edib ki, bütün mənalarda 230 meqavat gücündə olan Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi ölkəmizin energetika sahəsində əlamətdar tarixi hadisədir: "Bu stansiyanın tikilməsi təkcə  daxildə enerjiyə artan tələbatı ödəyib, ixrac imkanlarını genişləndirməyəcək, həm də bölgədəki mövqelərinin möhkəmlənməsinə xidmət edəcək. İxrac nəticəsində ölkə iqtisadiyyatına əlavə gəlirlərin daxil olmasını təmin edəcək ki, bu da öz növbəsində iqtisadiyyatının inkişafına və əhalinin sosial rifah ahlının yaxşılaşmasına öz müsbət töhfəsini verəcək. Belə bir mühüm layihənin icrası yeni iş yerlərinin açılmasına, digər xarici investisiyaların cəlb edilməsi və əlavə gəlirlərin əldə edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir".