Azərbaycanda dəhşətli qəza - motosiklet sərxoş şəxsin üzərindən keçdi

Saatlıda motosiklet sürücüsü yolun kənarında uzanan sərxoş şəxsin üstündən keçib.

Sabahinfo.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qırağlı kəndində qeydə alınıb.

Niyaməddin İsgəndərov idarə etdiyi "Dnepr-11" markalı motosikletlə yolun kənarında sərxoş vəziyyətdə uzanıqlı şəkildə olan, 1974-cü il təvəllüdlü Ədalət Əliyevin baş nahiyəsinin üstündən keçib.

Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.