Azərbaycanda müdafiə xərcləri 20 faizdən çox artırılıb

Ötən il Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərclərinə 4 milyard 542 milyon manat vəsait ayrılıb. Bu da əvvəlki ildən 21 faiz və ya 787 milyon manat çoxdur.

Sabahinfo.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov dövlət büdcəsinin icrasının müzakirəsi zaman deyib.

Nazir bildirib ki, Azərbaycanın müdafiə və təhlükəsizlik qabiliyyətinin artırılması Prezident İlham Əliyevin tapşırığı əsasında həyata keçirilib.