"Azərbaycanda müxtəlif ölkələrin məktəbləri fəaliyyət göstərir. Avropa, Rusiya məktəbləri. Hesab edirəm ki, Türkiyə məktəbləri üstünlük təşkil etməlidir. Azərbaycanlı tələbələrin Türkiyədə təhsil alması vacibdir. Çalışmalıyıq ki, təhsil alıb qayıdıb Azərbaycanda fəaliyyətlərini davam etdirsinlər".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol”un təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Xüsusilə Azərbaycandan Türkiyəyə hərbi təhsil almaq üçün gedənləri qeyd etmək istərdim. Ordumuzun gələcəkdə NATO standartlarına uyğun şəkildə qurulmasında bu təhsil almış tələblərin rolu vacibdir", - deyə deputat bildirib.