Azərbaycanda "WhatsApp" hesabları BAĞLANIR

Azərbaycanda kütləvi şəkildə "WhatsApp" hesabları bağlanır və bloka düşür.

Sabahinfo.az xəbər verir ki, bunu İT mütəxəssisi Fərid Pərdəşünas sosial şəbəkə hesabına yazıb.

"Hesabları açmaq üçün kod nömrəyə gəlmir. İki mərhələli təsdiqləmə işləmir. Hazırda problemin tək ölkəmizdə olduğu bildirilir", - deyə o qeyd edib.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.