Azərbaycanı ucaldan Lider

Bu gün cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 18 il ötür. 2003-cü ilin bu tarixində keçirilən seçkilərdə xalqımız öz müdrik seçimini edərək dövlətçiliyimizin xilasını, müstəqilliyimizin möhkəmləndirilməsini və respublikamızın yüksəlişini təmin edən siyasi kursa, Heydər Əliyevin ideyalarının davamına səs verdi.

Ölkə rəhbərliyinə başladığı ilk gündən sözlə əməlin vəhdət nümunəsini yaradan Prezident İlham Əliyev bütün fəaliyyətini yalnız və yalnız respublikamızın yüksəlişinə, beynəlxalq birlikdə öz mövqelərini möhkəmləndirməsinə, iqtisadi və hərbi cəhətdən qüdrətlənməsinə, əhalinin sosial rifahının yüksəldilməsinə həsr etməkdədir. Bu baxımdan ötən 18 ilin reallıqları göstərir ki, cənab İlham Əliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin memarı və qurucusu olduğu dövlətimizi daha da ucaldan bir rəhbər kimi prezidentlik missiyasını layiqincə həyata keçirir.

Ötən 18 il ən möhtəşəm uğurlarla zəngindir. Qürur hissi ilə qeyd edəcəyimiz uğurlarımızdan biri bu günlərdə bərpasının 30-cu ili tamam olacaq dövlət müstəqilliyimizin və onun əsaslarının daha da gücləndirilməsidir. İlham Əliyevin yürütdüyü uzaqgörən və düşünülmüş siyasət, qlobal enerji təhlükəsizliyi ilə bağlı ortaya qoyulan qətiyyətli və aydın mövqe, enerji və nəqliyyat layihələrinin uğurla reallaşması və iqtisadi yüksəlişimiz bütün məziyyətləri ilə yanaşı, həm də müstəqilliyimizin əsaslarını daha da möhkəmləndirib.

2020-ci ildə İkinci Qarabağ müharibəsində Ermənistanın üzərində qazanılan hərbi və diplomatik Qələbə isə həm İlham Əliyevin prezidentlik fəaliyyətinin, həm də müstəqilliyimizin ən möhtəşəm hadisəsidir. Ona görə də bu qələbə cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin şərəf salnaməsi olmaqla yanaşı, müstəqilliyimizin və bütövlükdə dövlətçilik tariximizin yeni qəhrəmanlıq səhifəsinə çevrildi.

Bu Qələbədən sonra gördük ki, Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk günündən torpaqlarımızı işğaldan azad etmək üçün kompleks şəkildə fəaliyyət nümunəsi ortaya qoyub. Uğurlu enerji siyasəti nəticəsində respublikamızın artan maliyyə imkanları səmərəli şəkildə bütün sahələrin inkişafına, o cümlədən böyük uzaqgörənliklə ordumuzun gücləndirilməsinə yönəldildi. Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi üstünlük və modern döyüş taktikası Prezident İlham Əliyevin hərbi quruculuq xəttinin təcəssümü oldu. Onu da qeyd edim ki, bu müharibədə dövlətimiz döyüşlərdə yaralanan hərbçilərimizin müalicəsi baxımından heç bir problem yaşamadı. Çünki 18 ildə ölkəmizin tibb sistemi ən müasir standartlar səviyyəsinə çatdırılıb, səhiyyənin maddi-texniki bazası möhkəmləndirilib, bilikli, bacarıqlı həkim korpusu formalaşıb.

Prezident İlham Əliyevin siyasi kursunun ən böyük özəlliklərindən biri milli birliyimizin daha da möhkəmləndirilməsi və xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsidir. Bütün prezident seçkilərinin nəticələri də bunu təsdiq edir. Bu həmrəylik və xalqımızın öz rəhbərinə inamı Vətən müharibəsi günlərində də təsdiqini tapdı. Beləliklə, İlham Əliyevin prezidentlik fəaliyyətinin bütün uğurları Vətən müharibəsində qazandığımız tarixi Zəfərin əsasını təşkil etdi.

Cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin 18-ci ilinin tamamında regionumuzda tamamilə fərqli geosiyasi və geostrateji reallıqlar hökm sürür. Yəni artıq torpaqlarımız işğaldan azaddır və Azərbaycan Cənubi Qafqazın şəriksiz lideri kimi öz mövqelərini daha da möhkəmləndirib. Odur ki, müstəqilliyimizin bərpasının 30-cu ildönümünü də tamamilə başqa, olduqca yüksək ab-havada qarşılayırıq. Bu reallıqların və qələbəmizin yaratdığı məğrur əhvali-ruhiyyəmizin müəllifi isə Prezident İlham Əliyevdir. Tanrı Prezidentimizi, dövlətimizi və xalqımızı hifz etsin!

Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı