"Azərbaycanın müdafiə xərcləri Ermənistandan 3 dəfə çoxdur" - Paşinyan

2024-cü ilin büdcəsi ilə müdafiə sektorunun xərcləri iki dəfə artırılacaq.

Sabahinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə deyib.

O bildirib ki, bu, müharibəyə deyil, sülhə hazırlıqdır: "Əminəm ki, bütün qonşu ölkələrimiz əmindirlər ki, bizim heç kimə hücum etmək niyyətimiz yoxdur və bu baxımdan silahlı qüvvələrimizin nailiyyətləri ilə bağlı səslənən narahatlığı səmimi hesab etmirəm. Ordunu gücləndirmək hər bir suveren dövlətin borcudur ki, biz bunu edirik. Son 10 ildə Azərbaycanın müdafiə xərcləri Ermənistanın eyni göstəricisindən orta hesabla 3 dəfə çox idi və indi də belədir".