Azərbaycanla İsveçrə arasında mədəniyyət körpüsü

İsveçrənin Bazel şəhərində "Azərbaycan İsveçrə ilə Xəzərdən Alp dağlarınadək hərəkətlərin ahəngində qovuşur - Mədəniyyətlər Körpüsü" (“Azerbaijan Meets Switzerland in Harmony of Movements – From the Caspian to the Alps, Bridge of Cultures”) adlı tədbir keçirilib. Tədbir çərçivəsində fotoqraf Andre Jabalinin Azərbaycanın tarixini, mədəni irsini və təbiət gözəlliklərini əks etdirən fotosərgisi nümayiş olunub.

Daha sonra Azərbaycandan “Ritm” rəqs qrupu, Avstriyada yaşayan vokal ifaçısı Orxan Cəlilov, bəstəkar və pianoçu Vasif Hüseynin ifasında Azərbaycan milli rəqs və musiqiləri təqdim olunub.