"Azərbaycanlı qardaşlarıma başsağlığı verirəm" - Bayraktar

Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib.

Sabahinfo.az xəbər verir ki, o, "Twitter"də #Azerbaycan həştəqi ilə paylaşdığı başsağlığında deyib:

"Qardaş ölkəmiz #Azerbaycan’a qarşı törədilən xain hücumda şəhid olan qəhrəman qardaşlarımıza Allahdan rəhmət, yaralananlara tezliklə şəfa diləyir, Azərbaycanlı qardaşlarıma başsağlığı verirəm.

Biz birik!

Biz birlikdəyik!"